Ölkə futbolu
İspaniya – Rusiya matçının ən yaxşısı
Futbol üzrə dünya çempionatının 1/8 final mərhəl…
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün keçirilmiş İspaniya – Rusiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Rusiya yığmasının qapıçısı İqor Akinfeyev seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Rusiya yığması əsas vaxtı 1:1 hesabıyla başa çatan bu oyunda penaltilərlə 4:3 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Oyun ərzində də bir neçə qurtarışı ilə yadda qalan Akinfeyev penaltilər seriyasında iki zərbəni dəf etməklə komandasının uğurunda əsas pay sahibinə çevrilib.