Ölkə futbolu
“Neftçi” haitili futbolçu ilə müqavilə bağladı
“Neftçi” Soni Mustivarla da müqavilənin m&uum…
“Neftçi” Soni Mustivarla da müqavilənin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.
Ötən mövsüm 8 oyunda 1 qola imza atmış haitili futbolçunun keçmiş müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonunadək qüvvədə idi.
Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev və Anton Krivotsyukla müqavilə yenilənmişdi.