Ölkə futbolu
Komandası uduzsa da, ən yaxşı seçildi
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionat…
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün keçirilmiş Xorvatiya – Danimarka matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Danimarka yığmasının qapıçısı Kasper Şmeyxel seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Danimarka yığması əsas vaxtı 1:1 hesabıyla başa çatan bu oyunda penaltilər seriyasında uduzaraq (2:3) mübarizəni dayandırıb. Amma Şmeyxel bu görüşün əsas vaxtında 1, penaltilər seriyasında isə 2 penalti zərbəsini dəf etməklə qəhrəmana çevrilə bilib.