Ölkə futbolu
Bu gün idman jurnalistlərinin peşə bayramıdı
Bu gün idman jurnalistlərinin peşə bayramıdı.
Futbo…
Bu gün idman jurnalistlərinin peşə bayramıdı.
Futbolinfo.az xəbər verir ki, 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
1924-cü ilin məhz bu günü Fransanın paytaxtı Parisdə yaradılan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 94 yaşı tamam olur. 150-dən artıq ölkənin milli təşkilatı bu qurumun üzvüdü. İdman medasının peşə bayramı 1995-ci ildən AIPS-in təşəbbüsü ilə keçirilir. Eldar İsmayılovun prezidenti olduğu Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 1995-ci ildən bu qurumda ölkəmizi uğurla təmsil edir.
Futbolinfo.az bütün həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edir və işlərində yaradıcılıq uğurları arzulayır.