Ölkə futbolu
Namiq Ələsgərov da yeni müqaviləyə imza atdı
“Neftçi” daha bir futbolçu ilə müqavil…
“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, Namiq Ələsgərov 2019/20 mövsümünün sonunadək bu komandanın formasını geyinəcək.
Ötən mövsüm 32 oyunda 6 qol vurmuş 23 yaşlı yarımmüdafiəçinin bundan əvvəlki müqaviləsinin müddəti 2018/19 mövsümünün sonunda bitəcəkdi.
Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk və Soni Mustivarla müqavilə yenilənmişdi.