Ölkə futbolu
Gəncə stadionunda təmir dayandı: fəhlələr 150 manata işləməyəcək!
Gəncə şəhər stadionunda təmir işləri dayandırılıb. Gənclə…
Gəncə şəhər stadionunda təmir işləri dayandırılıb. Gənclər və İdman Nazirliyinin balansında olan arenadakı quruculuq işləri maliyyə problemlərinə görə yarımçıq qalıb.
“Kəpəz” Premyer Liqada mübarizəni dayandırsa da, bazanın təmiri istiqamətində işlər davam etdirilirdi. Amma birdən-birə nə olubsa, vəsait qurtarıb. Ya işlər düzgün planlaşdırılmayıb, ya da klubun diviziona enməsi dəqiqləşdiyindən nazirlik qənaət etmək qərarına gəlib.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, stadionun yeni direktoru fəhlələrə maaşlarının yarıbayarı azaldılacağını və aylıq 150 manat maaş alacaqlarını bildirib. Onlarsa təbii ki, bununla razılaşmayıb və inşaat meydanını tərk ediblər. Bu səbəbdən 1 həftədə təmir işləri dayanıb.
Xəbəri dəqiqləşdirmək, səbəbin nə olduğunu öyrənmək mümkün olmadı. Qarşı tərəfin mövqeyini öyrənməyə, təmir işlərinin niyə yarımçıq saxlandığı barədə məlumatı paylaşmağa hazırıq. Təki nazirlik həvəsli olsun.