Ölkə futbolu
AFFA-dan ağır sanksiya xəbərdarlığı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. …
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Qurum üzvləri Azərbaycan həvəskarlar liqasının ½ final mərhələsinin “Ümüd” (Masallı) – “Liman” (Lənkəran) matçında baş verən xoşagəlməz olaylara hüquqi qiymət verib.
Belə ki, matçın 61-ci dəqiqəsində “Ümüd”ün futbolçusu Əli Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Qarşılaşmanın 68-ci dəqiqəsində “Ümüd”ün futbolçuları kütləvi intizamsızlıq göstərərək hakimlər briqadasını təhqir və fiziki təzyiq göstərməyə cəhd ediblər. Oyunun bərpası mümkün olmadığına və oyun yarımçıq dayandırıldığına görə “Ümüd” (Masallı) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq ediləcək.