Bizi izləyin

Layihə

İdman mətbuatı bu gün – V yazı

(əvvəli bu linkdə)

 

AFFA-nın yaratdığı Media Komit?…

blank
 
AFFA-nın yaratdığı Media Komitəsinin iflası günün reallığıdı. Bu, baş katib Elxan Məmmədovun yarımçıq qalan neçənci layihəsidi. İndi assosiasiyada jurnalistlər üçün şans yaratdıqları, amma onların bundan istifadə edilmədiyi düşüncəsindədilər. Qismən haqlıdılar, lakin bu işin planlaması doğru deyildi. Üstəlik, bu format düzgün seçilməmişdi, sadəcə, pul paylanılır, demək olar,hamıya müəyyən vəsait ödənilirdi. Qarşılığında hansısa iş, layihə yox idi. Xəbər lentini doldurmaq xatirinə yazılanlar gözdən pərdə asmaq üçün idi, hansısa problemin qabardılmasına, həllinə, nəticə çıxarılmasına səbəb olmurdu.
 
AFFA İcraiyyə Komitəsinin 2018-də baş tutmuş 2 iclasında Media Komitəsi ilə bağlı müzakirələr olub. Qərara salınmasa da, martdakı tədbirdə komitənin fəaliyyətinin davamı üçün katibliyin növbəti iclasadək araşdırma aparması, yeni formatı müəyyənləşdirməsi lazım bilinmişdi. Üzərindən daha bir iclas keçdi və ortada heç nə yoxdu. 6 aydı hansısa maliyyə ayrılmır, komitənin İdarə Heyəti ümidlə AFFA-dan cavab gözləyir. Bu müddətdə maliyyə ayrılması dayandırılıb, sədrlik müddəti bitən Mahir Rüstəmli də, üzvlər də gözlədilir.
 
Təkcə bu fakt AFFA-nın mətbuata nə qədər “həssas” olduğunun göstəricisidi. Kimlərsə nəyəsə ümid etdiyi, kimlərsə də, ötən 2 ildəki “xatirələrə” görə susur.
 
Elə vəziyyət yaradılıb ki, “Futbol+” qəzetinin baş redaktoru, Media Komitəsinin ilk və son sədri Mahir Rüstəmli də çətin vəziyyətdə qalıb. Onun ölkə mətbuatına bir ay əvvəl verdiyi açıqlama indi də aktualdı: “Media Komitəsinin İdarə Heyəti özünə aid olan işləri görüb. Təkliflər paketini hazırlayıb, AFFA-ya təqdim etmişik. Top indi meydanın AFFA-ya, Elxan Məmmədova aid hissəsindədi. Onlar cavab verməlidilər ki, Media Komitəsi yaşayacaq, ya yaşamayacaq, bu təkliflərdən hansılar nəzərə alınacaq. Onların bizdən istədiklərini vermişik. Bundan sonra AFFA-nın qapısına düşüb, onlara yalvarası deyiləm ki, Media Komitəsi barədə qərar verin. Bu barədə onların özləri də düşünməlidi ki, bütün idman mediası bu gecikmədən narazıdı. Təəssüf ki, bu barədə hələ heç bir cavab yoxdu. Bu məsələ ilə bağlı bir neçə dəfə onlara müraciət etmişəm. Şəxsən Firuz Abdullaya (AFFA-nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri) müraciət etmişəm ki, Elxan Məmmədov vasitəsilə bu məsələyə aydınlıq gətirsin. Lakin deyir ki, heç bir yeni xəbər yoxdu. Əvvəlcədən də razılıq belə idi ki, biz təkliflər paketini hazırlayıb, təqdim edəcəyik. Onlar da bu təkliflərdən hansının nəzərə alınıb, hansının alınmayacağını, seçkinin vaxtını bizə bildirəcəklər. Mən də bilirəm, proseslər ləngiyir. Aprel, may ayları boşuna getdi. Artıq iyunun 6-dı. Proses hara gedir, düzü, özüm də bilmirəm”.
 
İndi isə iyuldu, ilin yarısı boşuna gedib, lakin hətta komitənin fəaliyyətini dayandırdığı barədə də məlumat yoxdu. Hamı havadan asılı vəziyyətdə qalıb.
 
Komitədə heç vaxt təmsil olunmayan Amal Abuşov üçün Media Komitəsi ağrılı mövzudu: “İlk gündən bu komitənin Elxan Məmmədovun maraqlarına xidmət edəcəyini, mətbuatı ələbaxan duruma salmağı və parçalamağı hədəflədiyini demişdim. Bütün həmkarlarıma müraciət etdim. Dedim ki, oyuna getməyin. Bəli, AFFA milyonları göyə sovurur, işbazlar ciddi paralar qazanır. Mətbuata dəstək olmaq, pul ayırmaq onların borcu idi. Necə ki, MK yaranmamışdan da, sonradan da özlərinə yaxın bildiklərinə maliyyə ötürürlər, əvəzində onlarla bağlı öhdəçilikləri var. Yenə deyirəm, vəziyyət elədi ki, heç kimi qınamaq olmur. Mənim də kiminsə xətrinə dəymək fikrim yoxdu. Mən ilk gündən təklif etdim ki, idman mətbuatı Elxan Məmmədovun təklif etdiyi vaxtda və məkanda yox, ayrıca müstəqil şəkildə toplansın. Şərtləri biz müəyyənləşdirək və baş katibin qarşısına hazırlıqlı gedək. Amma saqqalımız olmadı, sözümüz keçmədi. Sonradan başverənlər də göstərdi ki, biz haqlı imişik. Elxan Məmmədovun qarşısına kəmiyyətlə yox, keyfiyyətlə çıxmaq lazım idi. Yavaş-yavaş sular duruldu, ciddi qələm sahibləri komitədən uzaqlaşmağa başladılar. Komitənin içində olmadığımdan proseslər barədə dəqiq məlumatım yoxdu. Ona görə də geniş şərh verməyim düzgün çıxmaz. İstənilən halda, bu qurumun fəaliyyətini bərpa etməsini, həmkarlarımın işlərinin qaydasına düşməsini arzulayıram. Amma Media Komitəsi mətbuatı bölücü, ayrımçılıq edəsi,  “filankəslər bizimlə deyilsə, onlar yoxdular” prinsipləri ilə hərəkət edən təşkilat olmamalıdı. Əksinə, mətbuatı birləşdirməyə, gücləndirməyə, irəli aparmağa çalışmalıdı. Zaman da sübut etdi ki, indiyə qədər yürüdülən siyasət yanlış imiş”.
 
İlkin Vaqifoğlu isə bu ideyanı dəstəkləyənlərdəndi: “Elxan Məmmədov gec də olsa, bu addımı atdı və baş katib ötən 2 il ərzində KİV-ə pis-yaxşı dəstək verməyə çalışdı. MK-ni  ideya olaraq mütərəqqi hesab etsəm də, deməzdim ki, komitə bu illərdə tam səmərəli fəaliyyət göstərdi. İki seçki keçirilib və mən heç birində namizədliyimi irəli sürməmişəm. Çünki hələ ilk seçkidən əvvəl görürdüm ki, komitəyə seçilmək uğrunda hansı “oyunlar” gedir. MK bu tərkibdə və formatda yoluna davam edə bilməz. Layihələrin seçilməsi və bölüşdürülməsində dəfələrlə ayrı-seçkiliyə, tərəfkeşliyə yol verildi. Kim kimlə yaxındı, kim kimlə qohumdu… Belə hallara bir daha yol verilməməlidi. AFFA digər komitlərin tərkibini özü müəyyənləşdirdiyi kimi, MK ilə bağlı eyni addımı atmalıdı. Onsuz da, ölkədə az-çox normal işləyən, ən azından buna çalışan 5-10 sayt var, AFFA-nın geniş seçim imkanının olduğunu düşünmürəm. Komitənin fəaliyyəti donub. Fikrimcə, bu, baş katibin MK-nin ötən illərdəki fəaliyyətindən narazılığının nəticəsidi. Elxan Məmmədov təcili və qəti qərar verməlidi. AFFA media ilə münasibətlərə yenidən baxırsa, qoy baxsın. Bu prosesin nə qədər tez başa çatması birinci növbədə AFFA-nın özünə lazımdı. Nədənsə baş katibdən bir tərpəniş görmürəm. Qeyri-müəyyənliyin uzanmasının onun və AFFA-nın ziyanına işləyəcəyini bilməsini istərdim. Məlumunuz olsun ki sportinfo.az MK-nin layihələrindən ən az yararlanan saytlardan biridi. Bunu ona görə xatırladıram ki, MK-nin mövcud olub-olmaması bizim üçün bir o qədər fərq eləmir. Medianın ümumi durumundan çıxış edərək, AFFA-nın saytların maliyyələşdirilməsində iştirakının vacibliyi üzərində dayanıram”.
 
Ceyhun Əliyev Media Komitəsinin özülünün yanlış qoyulduğu qənaətindədi: “Doğrudu, yaradıldığı ildə sport24.az yox idi, lakin idman KİV-ində çalışırdım və hadisələrin gedişatını yaxından izləyirdim. Eyni fikri 2 ildən sonra da təkrarlayıram: sabah şərti olaraq sport25,sSport26, sport27.az saytları açsam və hər birinə hansısa jurnalisti rəhbər təyin etsəm, bir müddətdən sonra Media Komitəsindən layihə adı altında aylıq 400-500 manat vəsait qoparacam. Təqribən 1 ay öncə vaxtilə MK-nın idarə heyətində yer almış həmkar-dostlardan birinə daha bir iradımı bildirdim. Söhbət MK vasitəsi ilə KİV təmsilçilərinin ölkə xaricinə aparılmalarından gedir. Onun “dedik, hamıya şans tanıyaq, yoxlayaq, bəlkə uğurlu işləyəcək” deməsini qəbul etmədim. Çünki jurnalist ölkə xaricində Azərbaycanın simasıdı. Evinin içindəki peşəkar bacarığı bəlli olduğu halda, onun “hasarın o tayı”nda nə işi? Zənnimcə, “MK niyə fəaliyyətsizdi” sualının cavabı da məhz bundadı ki, fəaliyyət göstərdiyi dövrdə əlahiddə çəkiyə sahib ola bilməyib. “Niyə ola bilməyib” sualına cavab vermək üçün hadisələrin lap daxilində – İdarə Heyətində olmaq gərəkdi ki, konkret rəy bildirim. Çünki “ağacın iki başı var”: bir başda MK-nın banisi olan AFFA özünü haqlı hesab edir, digər tərəfdə də MK-nın İdarə Heyətində təmsil olunmuş həmkarlar”.
 
Göründüyü kimi, komitənin yaradılması, sonradan fəaliyyətinin dondurulması medianı ikiyə bölməyə kifayət edib. Elə təşəbbüskarların niyyəti də bu idi.
 
(davamı olacaq)
 
FƏRİD
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm