Premyer-liqa
Bahodir Nasimov: Pisliklərini görməmişəm
"Neftçi"nin futbolçusu Bahodir Nasimovun futbo…
"Neftçi"nin futbolçusu Bahodir Nasimovun futbolinfo.az saytına müsahibəsi
– Superkubokda komanda əzəli rəqibinə məğlub oldu. Qalibiyyətə nə maneə oldu?
– Meydança yaxşı vəziyyətdə deyildi. Düzdü, hər ikimiz eyni meydanda oynayırdıq. Amma "Xəzər Lənkəran"ın hücumları daha yaxşı alınırdı.
– Bu məğlubiyyətdən sonra baş məşqçini istefaya göndərmək ədalətli idimi?
– Bunu rəhbərlik həll edir. Mən qarışa bilmərəm.
– Məğlubiyyətdə Tərlan Əhmədovun günahı var idi?
– Tək məşqçi yox, futbolçuların da yetərincə günahı var idi.
– Artıq komandaya yeni baş məşqçi gəlib. Daha öncə Nazim Süleymanov barədə bilginiz var idimi?
– Əlbəttə Nazim Süleymanovu futbolçu kimi də tanımışam. "Alaniya"da oynadığı vaxtları xatırlayıram. Özbəkistanda bir məşqçi var (Mircəlal Qsımovu nəzərdə tutur – red.) onunla birlikdə oynayıb. Necə hücumçu olduğunu bilirəm. Bombardir olub.
– Son turda komanda Süleymanovun debütündə "Simurq"a da qalib gələ bilmədi…
– Bir çox qol şanslarımız olsa da, son nöqtəni qoya bilmədik. Bir az bəxtimiz də gətirmədi.
– Tez-tez zədələnirsən. Bəlkə səni həkimlər düzgün müayinə etmir?
– Yox, əməliyyatdan sonra əvvəllki zədəm tam sağalıb. "Xəzər Lənkəran"la oyunda qapıçı ilə toqquşmadan sonra belim zədələndi. İndi özümü yaxşı hiss edirəm. Formadayam.
– Uzun müddətdi "Neftçi"dəsən, Arif Əsədəov, Böyükağa Ağayev, Tərlan Əhmədov kimi məşqçilərlə işləmisən, indi də Nazim Süleymanovun rəhbərliyi altında çalışırsan. Bu məşqçiləri necə xarakterizə və ya müqayisə edərdin?
– Müxtəlif oyun taktikaları, hərəsinin özünə görə adı var. Müqayisə etmək istəməzdim. Mənim üçün hamısı əzizdi. Pisliklərini görməmişəm.
– Növbəti tur "Xəzər Lənkəran"la çətin oyununuz var. Komanda necə hazırlaşır?
– Çox ciddi hazırlaşırıq. Qalib gəlmək istəyirik. Superkubokdakı nəticənin təkrar olunmasına imkan verə bilmərik. Yüz faiz yox, iki yüz faiz qalib gəlmək üçün meydana çıxacağıq.
– Komandanın çempionluq şanslarını necə dəyərləndirirsən?
– Hələ finişə çox var. Qalib gəlib xal yığmalıyıq. Düşünürəm ki, şansımız çoxdu.
KƏMALƏ İSMAYILOVA
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var