Dünya futbolu
“Barsa”nı yalnız Messini bizə verəcəkləri halda bağışlaya bilərik”
İtaliyanın “Roma” klubunun prezidenti Ceyms Pallotta tra…
İtaliyanın “Roma” klubunun prezidenti Ceyms Pallotta transfer etməyə hazırlaşdıqları “Bordo”nun hücumçusu Malkomun son anda İspaniya nəhəngi “Barselona” tərəfindən “oğurlanmasına” münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Barselona” danışıqlara qarışmaqla çirkin iş gördü. Çünki idman direktorumuz Ramon Monçi Malkomun meneceri ilə bütün məsələlərdə razılığa gəlmişdi. Ötən gün “Barselona” bizə müraciət edərək baş verənlərə görə üzrxahlıq etdi. Amma mən bunu qəbul etmədim. Onları yalnız bir halda – Messini bizə verəcəkləri halda bağışlaya bilərik. Bu hadisəyə görə “Barselona” ilə münasibətlərimizə son qoyacağıqmı? Xeyr. Bu, böyük klubdu. Gələcəkdə yenə əməkdaşlığa davam edəcəyik”.