Ölkə futbolu
"Bəlkə Rəşad Sadıqovdan xahiş etdik ki, qayıtsın" – Ramin Musayev
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, …
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, 2018/19 mövsümündə çempionatda ədaləti qorumağa çalışacaqlar.
Bu gün Premyer Liqanın püşkatmasından sonra jurnalistlərin suallarını cavablandıran PFL rəhbəri deyib ki, çempionatın əsasnaməsində dəyişilik olmayıb: "Kim layiqdi, çempion olsun. Maddi durumla bağlı birinci divizion və əvəzedici heyətlərlə bağlı dəyişiklik edildi. Ola bilsin ki, bəzi komandaların narazılığı var. Vaxtilə biz "altılıq" sisteminə keçəndə, hamı tənqid etdi. Amma özünü doğrultdu. Bu da özünü doğruldacaq. Gənclərə şans vermək lazımdır”.
Musayev bildirib ki, milli komanda üçün futbolçu tapmaq çətindir: “Qurban Qurbanovla görüşəndə, sual verəndə deyir ki, özünüz bildiyiniz şeyi mənə niyə deyirsiz. Ruslan Abışov zədələnib, bizi qayğılandırır ki, millidə kim onu əvəz edəcək. Bəlkə Rəşad Sadıqovdan xahiş etdik ki, qayıtsın. Klublardan naraıyam: aşağı yaş qruplarına diqqət etmək lazımdı".
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə