Ölkə futbolu
U-17 “Sumqayıt”a uduzmadı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komanda…
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoxlama oyunu keçirib. Bakı Olimpiya Stadionunun 2-ci ehtiyat meydançasında “Sumqayıt”ın əvəzedici komandası ilə qarşılaşan millimiz 2:2 hesablı heç-heçə edib.
U-17-nin qollarını Musa Qurbanlı və Emil Quluzadə vurub. Oyunla bağlı yığmanın baş məşqçisi Ramin Quliyev bildirib: “Belarus səfərindən əvvəl bizim üçün yaxşı rəqib oldu. Bu oyunda komandanın güclü və zəif tərəflərini görə bildik. Rəqibin 3-4 yaş böyük futbolçulardan ibarət olmasına baxmayaraq, komanda istəkli idi, əzmkar mübarizə apardı. Bu, bizim üçün vacib amillərdən biri idi”.