Ölkə futbolu
"Zirə" "Osmanlıspor"a qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" …
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxıb. Komanda yerli "Osmanlıspor"la qarşılaşıb. Matç "Zirə"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qol 21-ci dəqiqədə vurulub. Salih Zafer öz qapıçısını məyus edib.
Qeyd edək ki, "Zirə" Türkiyədəki bundan əvvəlki yoxlama görüşlərində Qətərin "Əl-Xaritiyah" (1:1) klubu və Türkiyə "Giresunspor"u (0:0) ilə bərabərə qalıb.