Ölkə futbolu
“Sumqayıt” son oyunda “Girəsunspor”a qalib gəldi
2018/19 mövsümünə hazırlaşan "Sumqayıt" b…
2018/19 mövsümünə hazırlaşan "Sumqayıt" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Nazim Süleymanovun çalışdırdığı komanda Türkiyə 1-ci liqa təmsilçisi "Girəsunspor"la üz-üzə gəlib. Topuk Yaylası idman kompleksinin stadionunda baş tutan oyunda "Sumqayıt" minimal hesabla qələbə qazanıb. Qarşılaşmada yeganə qolu 36-cı dəqiqədə Süleyman Əhmədov vurub.
Bununla da, "Sumqayıt" Bolu toplanışını başa vurub. Komanda sabah səhər saatlarında vətənə yola düşəcək.
Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki əvvəlki yoxlama oyunlarında Qətərin “Əl-Şəhaniyə” klubu ilə heç-heçə edib (1:1), Türkiyənin “Alanyaspor” klubuna 0:7 hesabıyla məğlub olub, yerli “Yeni Malatyaspor”a isə 3:1 hesabı ilə qalib gəlmişdi.