Dünya futbolu
Meksika yığmasında baş məşqçi istefası
Futbol üzrə Meksika yığması baş məşqçisiz qalıb.
…
Futbol üzrə Meksika yığması baş məşqçisiz qalıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komandanı çalışdıran Xuan Karlos Osorio vəzifəsindən getdiyini açıqlayıb. Meksika Futbol Federasiyası ona yeni müqavilə təklif etsə də, 57 yaşlı mütəxəssis bunu müsbət cavablamayıb. Nəticədə tərəflər yollarını ayırmağa qərar veriblər. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Osorio Meksika yığmasını 2015-ci ildən çalışdırırdı. Bu komanda onun rəhbərliyi altında 52 matça çıxıb, kolumbiyalı mütəxəssis həmin oyunların 33-də qələbəyə sevinib.
Xatırladaq ki, Rusiyada təşkil olunmuş DÇ-2018-də qrupdan çıxmağı bacaran Meksika yığması 1/8 finalda Braziliyaya 0:2 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı.