Dünya futbolu
Futbolçumuzun komandası 6 xallıq oyunda uduzdu
Futbol üzrə Latviya Birinci Liqasında 11-ci turun oyunları ke&…
Futbol üzrə Latviya Birinci Liqasında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə lider “Tukums” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qalib ayrılsaydı, liderliyi ələ keçirəcəkdi. Lakin “Dauqavpils” 6 xallıq oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan (12 qol) Əsgərov bu oyunda qol vura bilməyib.
“Dauqavpils” isə 11 turdan sonra 25 xalla ikinci pillədə qalıb.