Dünya futbolu
Premyer Liqa klubunu Bundesliqa təmsilçisinə dəyişdi
Almaniyanın “Verder” klubu heyətini yeni futbolçu…
Almaniyanın “Verder” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Everton” klubunun yarımmüdafiəçisi Devi Klaasseni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hollandiya yığmasının 15 yaşlı futbolçusu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, Bundesliqa təmsilçisində 30 nömrəli formanı geyinəcək.
“Ayaks”ın yetirməsi olan Klaassen “Everton”a 2017-ci ildə məhz Hollandiya nəhəngindən transfer edilmişdi. Lakin o, İngiltərə klubunda cəmi 7 oyuna çıxıb.