Bizi izləyin

Ölkə futbolu

Samir Məsimov Azərbaycan vətəndaşlığından imtina etdi: “Türkiyəli, almaniyalı, dağstanlı olsaydım…”

Daha bir istedadlı həmyerlimizi itirdik. Başı dağıstanlıları, …

blank
Daha bir istedadlı həmyerlimizi itirdik. Başı dağıstanlıları, türkləri, rusları və ukraynalıları milliləşdirməyə qarışan AFFA Rusiya futbol məktəbinin yetirməsi olan Samir Məsimovun qayğısına qala bilmədi. Ramil Şeydayevə dəyərindən artıq diqqət göstərən, Emin Mahmudovu yerbəyer edən başbilənlər bu tovuzlu balasına biganə qaldılar.
 
Eddi İsrafilova, Rüfət Dadaşova milyonlar xərcləyənlər, Azərbaycana dəxli olmayan milliləşdirənlilərə hər cür şərait yaradanlar nədənsə bu oğlanı yaddan çıxardılar. Halbuki o, istedadı ilə bu diqqətə layiq idi. Sözəbaxan olmaması, AFFA-nın monopoliyasındakı menecerlərlə, məşqçilərlə çirkli işbirliyinə getməməsi Məsimovu sevdiyi ölkədən küsdürdü.
 
Avqustun 25-də 23 yaşı tamam olacaq Samir futbolun sirrlərini Rusiyada öyrənib. 2002-ci ildən Moskva “Lokomotiv”ində məşqə başlayan cinah hücumçusu 12 il burada olub. Bir uşağın bu qədər müddətdə duruş gətirməsi onun istedadından xəbər verir. 2010-cu ildə bir illik Moskva “Spartak”ında görünən Məsimov peşəkar karyerasına ölkəmizdə start verib.
 
2014-15-ci illərdə “Neftçi”də 51 matça çıxan Samir 2 qola imza atmışdı. Onun ölkə kubkunun finalında “Qəbələ”yə vurduğu qol isə daha çox xatırlanır. Komandası 0:1 uduzarkən meydana daxil olan hücumçu uzun reyddən sonra bərabərlik qolunu vurmuş, daha sonra penaltilər seriyasında titul qazanan komandası üçün müstəsna iş görmüşdü.
 
Sonradan Samirin problemləri başladı. “Neftçi”dəki məlum dəyişikliklərdən sonra Sloveniya “Domjale”sində 5, AZAL-da 8 matça çıxdı. Son olaraq Voronej “Fakel”ində də 8 matç keçirdi və indi klubsuzdu. 19 yaşlılar yığmamzda 3, U-21-də 4 oyun keçirən Məsimov artıq Azərbaycan vətəndaşı deyil. Özünə iş yeri tapmaq üçün buna məcbur olub.
 
Vətəndaçlıqdan imtina etdiyini öyrənən kimi Samirlə əlaqə saxladıq. Bunun səbəbini öyrənmək istəyirdik. Vətənə arxa çevirməyin ciddi bir səbəbi olmalıdı.
 
– Hazırda menecerlərim komanda axtarır. “Fakel”lə müqaviləm bitib, gələn həftəyə bir variant olmalıdı. Bəzi problemlər üzündən yubanmışam. Ancaq dəvətlər var və birini dəyərləndirəcəm.
 
– “Fakel” yeni müqavilə təklif etmədi?
– Yox, ikinci dövrədə bəzi problemlər çıxdı. Oynamadım. Sənəd problemi idi. Futbolçu kimi onları qane edirəm, amma legioner kimi yox. Mən Azərbaycan vətəndaşı olduğum üçün legioner sayılırdım. Müqavilə bağlayanda demişdilər ki, heyətə götürürük, amma Azərbaycan pasportundan imtina etməlisən ki, daim oynayasan. Doğrusu, əvvəl yola verirdim, vətəndaşlıqdan imtina etmək istəmirdim. Amma qışda məsələ ciddiləşdi, qısa zamanda sənəd məsələsini həll edə bilmədim. Ölkəmə bağlı olsam da, pul qazanmaq üçün, yaşamaq üçün başqa yolum yox idi. Azərbaycandan mənimlə maraqlanmırdılarsa, çıxış yolu tapmalıydım. Digər komandalarla da eyni səbəbdən anlaşa bilmədim. Hamı Rusiya vətəndaşı olmağımı istəyirdi ki, müqavilə bağlasın. O zaman həm az xərcə düşürdülər, həm də əlavə legioner ala bilirdilər.
 
– Belədə məcbur olub vətəndaşlıqdan imtina etdin…
– Hə, belə alındı. FIFA-ya müraciət etdim və Azərbaycan vətəndaşlığından imtina etdim. Lakin bu proses uzun çəkdi, AFFA-dan lazımi sənədləri göndərməyi ləngitdilər, səhv göndərdilər. Proses 3 ay çəkdi və bu səbəbdən transfer dövrü bitdi, qışda klub tapa bilmədim. Azərbaycanda heç kim məni istəmirdi, amma Rusiyanın aşağı dəstəsindən xeyli təklifim var idi. Mən də oynamalı, pul qazanmalıyam. Yaş gedir. Bu addımı atmağa məcbur oldum.  Rusiya klubları, müştərilərim pasportun düzəlməsini gözləyirdi ki, müqavilə bağlayaq. Yubandım, həmin komandalar da heyətini komplektləşdirdi və kənarda qaldım. İndi hər şeyə yenidən başlamalıyam. FIFA-dan 1 ay demişdilər, AFFA-nın problem yaratması üzündən 3 ay sürdü.
 
– Niyə 3 ay?
– Sağ olsun Elxan Məmmədov, mənə kömək etdi. AFFA-nın baş katibi bəzi problemlərim vaxtı da yanımda olub. Amma sənədləri AFFA-dan düzgün göndərməmişdilər deyə problem yarandı.
 
HAŞİYƏ: Samir problemi demədi, amma bilirik ki, səhv onun sənədləri ilə bağlı olub. AFFA FIFA-nın sorğusuna cavab olaraq bunun mümkünsüzlüyünü bildirib, onun milli komandamızda çıxış etdiyini əsas göstərib. Amma futbolçu əsas millidə oynamadığını sənədlərlə sübut edəndən sonra problem aradan qalxıb. Məsimov aşağı yaş qrupundan olan millilərimizdə çıxış etsə də, əsas milliyə dəvət almayıb.
 
– U-21-ə kimi oynamışam, əsas millidə oynasaydım, problem olardı. Artıq hər şey bitdi, Rusiya vətəndaşıyam.
 
– Azərbaycandan niyə dəvət olmadı? Özünü sübut etmisən axı…
– Mənə də maraqlıdı ki, niyə istəmədilər?
 
– Deyəsən, məşqçilərlə problemin olmuşdu. Gərək ki, Yaşar Vahabzadə ilə. Bəlkə buna görə klublar sənə diqqət göstərmədi.
– Olmuşdu. Amma aramızda qalsın. Bəli, Vahabzadə… Nə isə. Bu səbəblərdən əsas milliyə çağırmadılar. Azərbaycanda elə adamlar var ki, tanımır, deyir ki, Samir Məsimovun xarakteri pisdi, belədi, çətin adamdı. Amma mən elə adam deyiləm. Mən düzgünlüyü xoşlayıram, bəlkə elə bu səbəbdən milliyə qapımı bağladılar.
 
– Yiğmaya çağırmaq üçün səndən bəlkə nəsə tələb edirdilər?
– Heç nə. Sadəcə, çağırmaq istəmirdilər.
 
– Bəlkə oyunçu kimi zəif olmusan.
– Axı, mən “Neftçi”də yaxşı oynayarkən də dəvət almadım, “Fakel”də oynayanda da. Halbuki xüsusilə Bakıda oynayarkən milliyə çağırılmağı haqq etmişdim. Ən azı U-21-ə çağırılmaq haqqım idi. Xarakterim pis idisə, “Neftçiyə niyə götürülmüşdüm? Rusiyada niyə xarakterimdən şikayət etmirlər? Bu, sadəcə, Azərbaycanda kiminsə yalançı bəhanəsi idi. Rusiyada oynayarkən Azərbaycan millisində oynamaq istədiyimi israrla deyirdim, vətənə də bunun üçün can atırdım. Lakin elə alındı ki, heç kimə lazım olmadım və yenidən Rusiya vətəndaşlığına qayıtdım.
 
– Azarkeşlər bu addımını yaxşı qarşılamayacaq.
– Onlar məni başa düşəcək, düşməlidilər. Azərbaycana qaça-qaça gəlirdim, ürəklə. Amma belə vəziyyət yaratdılar, küsdürdülər.
 
– Rusiyada oynayan azərbaycanlılara AFFA şərait yardır. Emin Mahmudov assosiasiyanın xətti ilə Portuqaliyaya göndərildi, sonra “Neftçi”yə gətirildi. Ramil Şeydayevin “Trabzonspora yerlədirilməsi də AFFA-nın xidmətidi. Bəs, sən niyə diqqətdən kənar qaldın?
– Məndən başqa hamıya sahib çıxdılar. Çox şeylər var, demək istəmirəm. Nə oldusa, oldu. Bilirsiz mən olanların hamısını danışsam, gərək 1-2 gün ancaq danışım. Qoy, qalsın, onsuz da bu işdə rolu olanlar nə demək istədiyimi bilir. Qoy mənimlə onların arasında qalsın. Məni bu addıma məcbur etdilər. Azarkeşlər məni günahkar bilsin, amma bildiyim də özümə qalsın. Zaman gələcək, hər şey yerini tutacaq.
 
– Səni “Dimjale”yə kim aparmışdı?
– Bosniyalı bir menecer. O vaxt Robert Prosineçkinin bu keçiddə rol oynadığını yazırdılar. Amma bu adamın mənim transferimə heç bir köməyi dəyməmişdi. Menecer oyunlarımı görmüşdü, “Domjale”yə təklif etdi və bəyəndilər.
 
– Sənə elə gəlmir ki, AZAL-a keçidin səhv idi?
– Qazaxıstana getmişdim, məni aldatdılar. Boşda qalmamaq, formadan düşməmək üçün pulsuz oynamaq istədim, Azərbaycanda bir neçə kluba müraciət etdim. Pul istəmirdim. Sağ olsun, yalnız Tərlan Əhmədov razılıq verdi.
 
– İndiki təkliflər hardandı?
– Təkliflər var. Biri Gürcüstanın yüksək liqasındandı, qalanı Rusiya 1-ci divizion təmsilçilərindən. Əksəriyyətinə keçmək şansım 50-nin 50-yədi.
 
– Millilərimizi izləyirsənmi?
– Əlbəttə. Ürəklə kömək edərdim. Təəssüf, lazım olmadım. Ən azı şans verməliydilər, karyeramı nəzərə almalıydılar.
 
– Bəlkə günahın azərbaycanlı olmağındadı?
– Türkiyəli, almaniyalı, dağstanlı olsaydım, bəlkə daha gözəl olardı. Onları çağırmaları kimlərəsə daha sərfəlidi. Amma onların heç biri Azərbaycana mənim kimi ürəklə gələ bilməz. Elə etdilər ki, ürəyim qırıldı, həvəs qalmadı. Məcbur oldum Sloveniyaya getdim, sonra Qazaxıstana. Qazaxıstanda mənim üçün menecer klubdan çox pul istədi deyə alınmadı. AZAL-a, oradan “Fakel”ə.
 
– Yenə vətəndaşlığı dəyişə bilərsənmi?
– Artıq hər şey bitdi. Qoy, günahkar məşqçilərin vicdanına yazılsın.
 
– Sənə ən çox kim laqeyd oldu – Vahabzadə, Prosineçki?..
– Prosineçkiyə heç bir iradım yoxdu. Yaşara necə “yox” deyim. Nə isə… Heç nə… Nəvaxtsa hamısını deyəcəm. Hələlik aramızda qalsın. Qalmaqal istəmirəm.
 
FƏRİD
blank
"Lokomotiv"də başladı…
blank
…"Neftçi"də parladı…
blank
…"Domjale"yə getdi…
blank
…Qazaxıstanda Saşa Stamenkoviçlə yenidən komanda yoldaşı olması alınmadı…
blank
…AZAL-da formasını qorudu…
blank
…"Fakel"dəki problemlər isə onu Azərbaycandan imtinaya sürüklədi
Reklam

Reklam


blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm