Bizi izləyin

Müsahibə

Ramin Musayev: “Bu il "Neftçi"nin ili olmalıdır”

Topaz Premyer Liqasının növbəti mövsümünün…

blank

Topaz Premyer Liqasının növbəti mövsümünün püşkü atıldı. Futbolinfo.az xəbər verir ki, I Divizionun da reqlamenti bugünlərdə bilinəcək. Müzakirələrin mərkəzində Peşəkar Futbol Liqasıdır. Qurumun prezidenti Ramin Musayevin gündəmdəki əsas mövzularla bağlı "FutbolPress"ə müsahibəsiylə tanış olaq:

– PFL-in büdcəsi azaldılıb?
– Heç bir qurum öz büdcəsini açıqlamır, ancaq püşkatmadan sonra konfransda açıqladım ki, "Topaz"la illik 600 min manat sponsorluq müqaviləsi bağlamışıq. Bunu ona görə etdim ki, PFL-in layihələri icra edilmir deyənlər görsünlər, bizim bu qədər pulumuz var və bu pula lazım olan işləri görürük, görəcəyik.

– Amma "Topaz"ın sponsorluğu büdcənin bir hissəsidir.  PFL-in 2 milyon manat həndəvərində büdcəsi olub. Son illər maddi imkanınız bu qədər deyil, aşkar görünür, hiss edilir.
– Nə çatışmazlıq olanda Rövnəq müəllim dərhal həll edir, narahatlıq olmur. Büdcə həminkidir, sadəcə, əvvəllər sponsorluq müqavilələri daha çox olurdu, indi az, əvvəllər legionerə görə 20 min rüsum alınırdı, indi 5 min, onu da hamısı ödəmir. Büdcəyə təsir eləyən bu  şeylərdir.

– Ödənişləri etməyən klublara sanksiya tətbiq etmək hüququnuz var.
– Bu mövsümdən artıq belə olacaq. Legionerə görə rüsum ödəməyən klub həmin legioneri oynada bilməyəcək.

– Yeni yaradılan klublar guya yerli futbolçuların yetişdirilmsinə xidmət edəcəkdilər, onlar da durmadan legioner gətirir…
– Görürük bunu. Bilirsiz, əsas məsələ legioner gətirmək deyil, nə cür oyunçu gətirməkdir. Rövnəq müəllim İcraiyyə Komitəsnin son iclasında bir daha vurğuladı, legioner gətirib oynatmayacaqsınızsa, gətirməyin. Bir legioner təkcə transfer məbləği demək deyil, onun çoxlu yol xərcləri, özünün və ailəsinin burda qalması xərcləri var. Oynadılmayacaq oyunçuları gətirmək ciddi səhvdir. Legioner yerli oyunçudan birbaş üstün olmasa, onu qətiyyən gətirmək olmaz. Klublar bu məsələdə diqqətli olmalıdır. Bəzi klubların seleksiya işi əməlli-başlı problemdir. Qətiyyən qəbul oluna bilməz, bu barədə ciddi ölçülər götürülməlidir. Əksər klubların büdcəsinə AFFA kömək edir, ona görə də heyəti quranda hansı futbolçuları gətirdiklərinə diqqət yetirsinlər.

– Elə bil, PFL əvvəlki qədər aktual, gümrah deyil, yoxsa mən elə görürəm?
– PFL-in Azərbaycan futbolunda rolunu dana bilmərik. Bizə tapşırılan sahənin nizamlı, intizamlı olması üçün əlimizdən gələni etdik və nail olduq. Azərbaycan klub reytinqində autsayderlərdən ortabablar sırasına qalxdı, hətta daha da irəliyə getdi. Hakimlərin şəffaflığı üçün həmişə çalışdıq və nail olduq.

– Hakimlərin yay toplanışı niyə olmadı?
– Yay toplanışında qışdan fərqli olaraq klublarımız müxtəlif yerlərdə olurlar. Qışda isə hamısı Antalyada olur, ona görə də hakimlərimizin oyun idarə eləməsi, hazırlığının səviyyəsini yoxlamasına imkan olur.

– Qış tolanışı planda var?
– Bəli, hakimlərin qış toplanışı olacaq.

– İcraiyyə Komitəsinin son iclasından sonra məlum oldu ki, I Divizionla əvəzedicilərin yarışı birləşəcək. Bu, qarışıqlıq yaratmayacaq ki?
– Problem yoxdur. Düşünülüb, planlaşdırılıb, qəbul edilmiş qərardır. Yaş limiti məsələsini də qəribçiliyə salmaq lazım deyil, tezliklə faydasını görəcəyik.

– İK-nın son iclasından sonra edilən müzakirələrdən sonra belə məlum olub ki, yeni formata əsasən, I Divizionda iştirak etmək istəyində olan "Xan Lənkəran" bundan məhrum olacaq. Problem nədədir?
– I Divizionda iştirak etmək istəyən klub artıq ciddi, formalaşmış klub olduğunu göstərməlidir. Mən bu klubu yaratmaq istəyənlərlə danışmışam, demişəm ki, dəstəyəm, dəstək olacam da. Ancaq bircə il Region Liqasında çıxış etsinlər, biz də, onlar da, hamı görsün, ondan sonra heç bir problem olmayacaq.

– Deyirlər, Ramin Musayev "Xəzər Lənkəran" istəsin, Premyer Liqada oynamasına da icazə verərik" deyib, fərqi nədir, bu da Lənkəran klubudur…
– "Xəzər Lənkəran" Azərbaycanda ən böyük imkanları olan klublardan idi. Bazası, möhtəşəm stadionu, akademiyası, hansı ki, indi də fəaliyyətdədir. Bu klubu bu dəqiqə Premyer Liqaya burax, hazırdır çıxış üçün. Ancaq "Xan Lənkəran" hələ formalaşmalıdır, klublaşmalıdır. Sıfırdan yaradılan və hələ formalaşmayan klub əvvəlcə Region Liqasında bircə il özünü göstərsin, AFFA da xeyir-duasnı versin də.  Yoxsa elə sizin də gözünüzün qarşısında olub, nə qədər klub söz verib, amma yalançı çıxıb. Hamısının əziyyətini AFFA çəkib. Daha sözə, vədə görə zamin durmaq yoxdur, nəticədə səhv etmiş olarıq. Məsuliyyəti boynumuza götürməkçün konkret görməliyik, inanmalıyıq. Yoxsa bunu Lənkəran futboluna, Cənub futboluna AFFA-nın qərəzli mövqeyi kimi təqdim eləmək lazım deyil.

– Region Liqasında oynasalar, qalib olsalar, zəmanət varmı Diviziona buraxılacaqlarına?
– Zəmantə nə gərək, Region Liqasında bir mövsüm çıxış etsinlər, problem olmayacaq, I Diviziona buraxılacaq.

– "Neftçi" haqda soruşmaq istəyərdim, bilmirəm danışmaq istəyərsinizmi…
– Hər mövzuda danışmağa hazıram, buyurun sualınızı.

– Bir keçmiş "Neftçi" idarəçisi kimi, hazırkı durumunu necə görürsünüz?
– Keçmiş yox, mən həmişəlik "Neftçi"liyəm və bunu daim demişəm. Başqa klublarımız inciməsin, hamısı doğmadır, əzizdir, ancaq "Neftçi" Azərbaycan futbolunun tarixidir.

– Tariximizi simvolizə edən klubun hazırkı durumu, gələcəyi haqda nə fikriniz var?
– Avropa Liqasına vəsiqə qazandılar, ancaq Macarıstan klubunu səriştəsizlikdən keçə bilmədilər. "Neftçi" sırf arxayınlığın qurbanı oldu. Bu, baş məşqçinin günahıdır. Necəsə komandanı formada saxlamlıydı. Mən ilk oyundan sonra düşündüm ki, "Neftçi" bu futbolla macarları rahat keçəcək, hətta "Sevilya"ya ciddi rəqabət göstərəcək. Səfərdəki oyun göstərdi ki, komandanın zəifliyi deyil əsas səbəb, yalnız və yalnız arxayınlıq idi.

– İndi klubun AL-dəki uğursuzluğu unutdurmaqçün əsas hədəfi ölkə çempionu olmaqdır. "Qarabağ"ın hegemoniyasına qarşı bunu gerçəkləşdirə bilərlər?
– Niyə də yox?

– Maraqlı cavabdır. Komandanın bu potensialını görürsüzmü?
– Əlbəttə, görürəm. Komandanın hər mövqeyində yaxşı oyunçular var. Hər imkan yaradılıb. Hazırda çempionatda ən yaxşı imkan "Neftçi"dədir. Bu il "Neftçi"nin ili olmalıdır.

– Kapitan Ruslan Abışov azı 5 ay meydana çıxa bilməyəcək. Püşkatmada bu məqamı qabardıb, ironik bir söz işlətmişdiniz…
– Bəli, Ruslan yoxdur, indi millidə müdafiənin mərkəzində kim oynasın? Rəşad Sadıqov? Etibarlı oyunçu yetişibmi?

– Təqsirkar?
– Hamımız!

– Ramin müəllim, aşağı yaş liqaları nə vəziyyətdə keçirilir, bilirsiniz. Nə AFFA-nın yaratdığı "CBC Sport" o sektoru diqqətdə saxlayır, nə yazılı medianın imkanı var işıqlandırsın. Liqalar bərbad vəziyyətdədi. Ona görə də aşağı yaş millilərinin nəticələri də pisdi. Hələ qələbə üzü görməyiblər. Bu durumda hələ AFFA millidən Millətlər Liqasında qalib gəlib, Avropa Çempionatına vəsiqə qazanmağı gözləyir, hətta şərt kimi qoyur. Nə məsələdir, hansı əsasla bu təbliğatı qurur assosiasiya rəhbərliyi?
– AFFA neyləməlidi, deməlidi ki, Millətlər Liqasında sadəcə iştirak edirik?

– Nə qədər problem sadaladıq. Üstəlik, bu problemlərin həlli üçün real islahatların, layihələrin tətbiq olunması  da gözlənmir. Bəs millinin uğurlu nəticəsi üçün yenə əcnəbilərə ümid bağlayaq?
– Mən Qurban Qurbanovun məşqçi bacarığına hamıdan çox güvənirəm. Millətlər Liqasında da yaxşı oynayacağımıza əminəm. Nəticələr isə mütləq yaxşılaşacaq. Gec, ya tez – bu, mütləq olacaq. Tələsmək qətiyyən olmaz. Hamımız birləşməliyik bu məsələdə.

Reklam

Reklam


blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm