Bizi izləyin

Ölkə futbolu

Hanı illərlə göyə sovurduğunuz pulların nəticəsi?!

10 ildən çoxdu Azərbaycan futbolu eyni rəhbərlik, eyni tər…

blank
10 ildən çoxdu Azərbaycan futbolu eyni rəhbərlik, eyni tərkiblə idarə olunur. İdeoloqlar da bəllidir. Uzun illərdi həvəskar təfəkkürlə eksperimentlər aparılır, dövlətin, xalqın milyonları xərclənir. İldən ilə tənəzzül pik nöqtəyə yaxınlaşır…
 
Klubların uğurlarını qısqanan, 2013-dən startı verilən "boğma" əməliyyatı, bir çox komandaların dağılması fonunda digərlərini ələ keçirənlər onlara baş əyməyən "Qarabağ"ın uğurlarına möhtac qalıb. Hər gün çıxıb yeni "ideya"lardan danışırlar.
 
Sanki yeni gəliblər, bugünə qədər həyata keçirilən "konsepsiya"ların bunlara aidiyyatı yoxdur. Milyonları çölə ata-ata axtyamovlardan tutmuş eddilərin arxasınca düşdüyünüz "konsepsiya"larla 10 ildə 10 yaşlı uşaqlar artıq 20 yaşlı bığıburma gənclərdi.
 
Klublara yeni gələnlər haqlı-haqsız özlərini qorumaq, günlərini uzatmaq, biabırçı nəticələri unutdurmaq üçün ifşa olunana kimi özlərindən öncəkiləri hədəf seçirlər. 10 ilin "konsepsiya" sahibləri kimləri "vururlar" – özləri özlərini?! Edilən əməllər bumeranq dalğası kimi öz əlləri ilə geri qayıdır artıq. Futbolu dərk etdikləri kimi futbol ictimaiyyətini də ən yaxşı halda hələ ki, sadəlöhv sayırlar. "Özfəaliyyət" davam etməkdədir…
 
Son illər Azərbaycan futbolunda əvəzedicilərlə bağlı layihə ən uğurlulardan idi. Pis-yaxşı üzdə olan gənclərimizin yetişməsində əvəzedicilər çempionatının müstəsna rolu var. İndi isə əlacsızlıqdan, daxili "oyun"ların nəticəsi olaraq Diviziona qatılır. Daha doğrusu, çoxluq onların tərəfində olduğu üçün Divizion əvəzedicilərə qoşulur. Adı da qoyulur alqı-satqı, "virus"lardan təmizləmə əməliyyatı.
 
Sərf edəndə UEFA tövsiyyələri, xəbərdarlıq məktubları tez-tez yada salınır. Bir-ikisinə bizlər də nəzər yetirək…
 
Çempionlar Liqası, Avroliqada iştirak edən komandaların sifariş vərəqində yaş həddini nəzərə almaqla mütləq klubun öz yetirmələri olmalıdır. Səhv salınmasın, ümumi yerli futbolçular yox, sırf klubun yetişdirdiyi gənclər… İsveçrədən UEFA bunu düşünə bilir, ölkə çempionatında isə belə tələb yoxdur və illərdi davam edir. Ona görə də boşluğu doldurmaq üçün bu mövsüm "Qarabağ" məcbur olub 5 (!) qapıçı sifariş etdi.
 
Hər addımda klublar günahlandırılır. Dağılan, dağıdılmış klublarda da "sistem" eyni idi, qohum, dost, tanış. Vaxtında sərt qanunlarla qarşısı alınsaydı, nə indiki durum yaranardı, nə də 90% klublar dağılmazdı.
 
Hər dəfə lisenziyalaşdırma ilə bağlı maliyyə meyarı gözə soxulur. Təkrarçılıq olmasın, "Neftçi"də çalışdığım müddətdə dəfələrlə futbolçuların ikili müqavilələri ilə bağlı duruma son qoyulması üçün rəsmi müraciətlərimiz, görüşlərimiz olub. Hətta futbolçuların şəxsi müqavilələrini audit yoxlamasından keçirərək Lisenziyalaşdırma Komissiyasına təqdim etmişik. Rəsmi görüşümüzdə cavab bir olub, qəbul edə bilmərik. Niyə? Digər klublarla fərq dərhal üzə çıxar, balans pozular, UEFA-ya təqdim edildikdə böyük qalmaqal yaşanar. Təsəvvür edin, doğru sənədlər qəbul olunmur, saxtalara isə "yaşıl işıq" yandırılır. Klublar düzgün idarə olunmur deyəndə, bu yolla onlara "münbit" şərait yaradılıb, yaradılır və qanunsuzluqdan maraqlılar istədiyini edirlər.
 
Limit tətbiq edilir, uşaqlığını, yeniyetməliyini futbola həsr etmiş gənclər çölə atılır, sabahın "cinayətkar"lığına şərait yaradılır. Bu addımın özü bir cinayətdir, insan hüquqlarının pozulmasıdır.
 
Messi, Ronaldo, Neymar, Modriçdən tutmuş üzü aşağı hərənin öz futbolçu səviyyəsi var və buna uyğun da müvafiq liqalarda çıxış edirlər. Süni olaraq qarşıları alınmır, təbii peşəkar seçim aparılır.
 
Dəfələrlə bildirmişəm, çempionatda sifariş vərəqinə legionerlərlə bağlı ümumi limit qoyulsun. 6+5 limit varsa, klubların 15-20 legioner futbolçuların transfer etməsinə ehtiyac yoxdur. Sərt futbol qanunları ilə qarşısını almamaqla100-lə səviyyəsiz legionerlərin Azərbaycana gəlməsinə təkan verilib, 1000-lərlə yerli gənclərin qarşısı alınıb, məhv edilib.
 
"Kolxoz", "sağıcı" təfəkkürü ilə sponsorlar müflis olub, ayılanlar ayılıb, qaçanlar qaçıb, qazananlar da qazanıb. Qazanmayan Azərbaycan futbolu olub.
 
Divizionda klubların əksəriyyəti bir əldən maliyyələşir. Əksəriyyətinə nəzarət, kadr siyasəti bir mərkəzdən aparılır. Dost-tanış qalmayıb yerbəyer edilməsin. "Kadr" çatışmamazlığına görə "əvəzolunmaz"lara artıq eyni anda 2-3 vəzifə tapşırılır. Futbolu bilmirlər, bəllidir, bəzilərinin maliyyə maxinasiyalarında ifşa olunmasına baxmayaraq, "günəşli sabaha" aparılan "uğur"lu yol davam etdirilir…
 
Dövlətin, xalqın pulu ilə saxlanılan, tam nəzarətdə olan klubların canına "virus" haradan yoluxa bilərdi?! İngilisayağı futbol siyasətilə "noviçok" viruslarını futbola özünüz yoluxdurmamısınızmı?!
 
Diviziondan yuxarı futbolçu gəlmir. Hanı bəs illərlə göyə sovurduğunuz pulların nəticəsi?!
 
Oliqarx klubları dağıldı. Təbirinizcə günah özlərində idi. İndi dağılan klubların günahkarları kimlərdi?! Az qalıb, belə gedişlə sonda azarkeş, xalqın özü günahlandırılacaq…
 
Növbəti mövsümdə Divizionda 80-90 limitdən "yaşlı" futbolçu çıxış edəcək. Qalanları isə gedib bazarlarda top əvəzi qarpızlarla "oyna"malıdır. 8 komanda əvəzedicilər olacaq. Əgər əvəzedicilər heyətdə 23-25 yaşlı 5-6 futbolçu saxlayacaqsa, indidən gedib özlərini futbolla birgə assınlar. Bugünə kimi elitaya futbolçu axını baş verməyibsə, əvəzedicilərdə onlar ancaq yeniyetmələri beşikdəcə "boğa" bilərlər. Avropanı nümunə gətirənlər ağah olsun ki, orada aşağı liqalarda klubların "B" komandaları çıxış edir. Əvəzedici komanda ilə "B" komanda təfəkkürü fərqli anlayışlardır. Avropaya baş vurmağa ehtiyac da yoxdur, vaxtilə "Bakı"nın "Lokomotiv"i kimi.
 
Divizionda maksimum 30-40 limitdən yuxarı futbolçu çıxış edəcək. Yerdə qalan 40-50 futbolçunun da yolu bazarlara, ən yaxşı halda Region Liqasınadır…
 
UEFA vaxtaşırı klublarımıza uşaq futbolunun inkişafı üçün maliyyə yardımları da edir. Əcnəbilər futbolla yanaşı uşaqlarımızı da düşünür. Avropa ali futbol qurumunun tövsiyyələrindən istifadə edib lisenziyalaşdırma "oyun"ları əvəzinə Azərbaycan futbolunun gələcəyi düşünülməli, təmin edilməlidir.
 
Bir ildən sonra Avroliqanın finalı, 2020-də Avropa çempionatı gəlir. Məşhur idman devizi var, "əsas qalib olmaq deyil, iştirakdır". Azərbaycan futboluna bu da yaramır. Əsas nə iştirak, nə də qalib olmaqdır, əsas təşkil edib başqalarını seyr etməkdir. Futbolumuz olmasa da olar…
 
TAHİR SÜLEYMANOV
Reklam

Reklam


blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm