Dünya futbolu
Quliyevli “Rostov” yeni mövsümə qələbə ilə başladı
Futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümə st…
Futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümə start verilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da 2018/19 mövsümündə ilk matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Axmat”la qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Ayaz da bu görüşün iştirakçısı olub. O, matçın 69-cu dəqiqəsində meydana buraxılıb.