Dünya futbolu
Beşinci dəfə “Verder”ə qayıtdı
Almaniyanın “Verder” klubu sabiq hücumçusu Kl…
Almaniyanın “Verder” klubu sabiq hücumçusu Klaudio Pisarronu geri qaytarıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
39 yaşlı futbolçu köhnə-yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Perulu forvard 2018/19 mövsümünün karyerasında sonuncu olacağını bəyan edib.
Qeyd edək ki, bu, Pisarronun “Verder”ə beşinci gəlişidi. O, ilk dəfə 1991-2001-ci illərdə bu klubun şərəfini qoruyub. Ardından “Bavariya” və “Çelsi”də çıxış edən futbolçu 2008-ci ildə yenidən “Verder”ə qayıdıb qısa müddət bu klubda icarədə oynayıb. 2009-cu ildə bu klub onun transfer hüququnu da alıb və 2012-ci ilədək burada oynayıb. 2012-2015-ci illər aralığında “Bavariya”da çıxış edən Klaudio 2015-ci ildən 2017-ci ilədək yenə Bremen klubunda forma geyinib. Geridə qalan mövsümdə isə təcrübəli futbolçu “Köln”də oynayıb.
Pisarro Peru yığmasında 85 oyun keçirib.