Ölkə futbolu
"Səbail"in aldığına baxın: futboldan doyubmuş
"Səbail"in yeni transferi Enrike Moura Perillio karyerasın…
"Səbail"in yeni transferi Enrike Moura Perillio karyerasını başa vurmağı planlaşdırırmış. Braziliyalı müdafiəçi Vivian Kamposla ailə qurduqdan sonra karyerasını başa vurmağa qərar verib.
Məsələ burasındadır ki, futbolçunun həyat yoldaşı peşəkar rəssamdı. 27 yaşlı futbolçu məhz həyat yoldaşı ilə bu işlə peşəkar şəkildə məşğul olmaq üçün peşəkar karyerasını başa vurmağı düşünüb. Lakin "Deportivo Saprissa"dan ayrılan oyunçu "Səbail"dən təklif aldıqdan sonra qərarını dəyişib.
Enrike Moura karyerası ərzində "Vila Nova", "Goyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas" və "Remo" kimi komandalarda forma geyinib. “Səbail”in bu dərəcədə “ciddi” biri ilə anlaşması çox maraqlıdı. Futbolçu daha oynamaq istəmir, bizimkilər isə ona pul verib kluba gətirir.