Dünya futbolu
Şeydayevin klubu daha 2 legioner aldı
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbol…
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Super Liqa klubu Fransanın “Loryan” klubundan Zarqo Tureni və ABŞ-ın “Filadelfiya Yunion” klubundan Erik Ayuku transfer edib.
Ötən gecə hər iki futbolçu Trabzona gəlib. Onların tezliklə rəsmi müqaviləyə imza atıb, komandaya qoşulması gözlənilir.
Qeyd edək ki, 28 yaşlı Ture mərkəz müdafiəçisidi. 21 yaşlı kamerunlu Ayuk isə yarımmüdafiəçidi.