Dünya futbolu
“Atletiko”dan “İnter”ə
İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu…
İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisi İspaniyanın “Atletiko” klubunun müdafiəçisi Şime Vrsalkonu heyətinə qatıb. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
“İnter” isə hələ bu transferi rəsmən açıqlamayıb. Xorvatiya yığmasının üzvü tezliklə Milana gəlib tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.
“Atletiko”nun yaydığı rəsmi məlumata görə, Vrsalko İtalya klubuna icarəyə verilib. Lakin icarə müddəti başa çatdıqdan sonra “İnter” onun transfer hüququnu da alacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd