Bizi izləyin

Ölkə futbolu

Zaur Axundovun işgüzar imici

Azərbaycan futbolunun Koroğlusu Zaur Axundov… Niyə Koroğlu? Səb…

blank

Azərbaycan futbolunun Koroğlusu Zaur Axundov… Niyə Koroğlu? Səbriniz olsun, əvvəlcə bir “mus” deyim, sonra “Mustafa” da deyəcəkdim də. Day keçib, “Niyə Koroğlusu” sualına cavab verim.

Koroğlu döyüşdə qılınc çalıb, qan töküb yorulandan sonra bir oturuma bir cöngə (öküz) yeyirmiş. Zaur Axundov da Azərbaycan futbolunda 4 vəzifə tutur. Qılınc çalıb, qan tökməsə də, hərdən-birdən yumruq-zad atmağı var. Təbii ki, Azərbaycan futbolu naminə. Onu sonuncu dəfə portuqalları döyəndə görüblər. İndi özünüz hesablayın, hər vəzifə üçün sərf edilən enerjini buynuzlu (buynuzsuz işə yaramır, işgüzar nüfuza xələl gətirir) qara qoç yeməklə bərpa etmək olar. 4 vəzifə, buynuzlu 4 qara qoç deməkdir. Buynuzlu 4 qara qoç da bir cöngə edər? Edər! Bax, ona görə də Zaur Axundov Azərbaycan futbolunun Koroğlusu olmağı da haqq edib.

Hə, futbolumuzun Koroğlusu Mətbuat Şurasına şikayət edərək bildirib ki, iki həmkarımız – Elçin Cəlilovla Vüsal Mahmudov onun işgüzar imicinə zərbə vurublar. Elçinin də, Vüsalın da qələminə bələdəm, vurduqları zərbənin açdığı yara, yalan olmasın, “Alazan” raketinin yaratdığı dəlikdən böyük olar ki, kiçik olmaz. İkisi birdən vuranda isə… Onda o işgüzar imic o qədər sanballı olmalıdır ki, dağım-dağım olmasın.

Eləmədim tənbəllik, başladım Zaur Axundovun işgüzar imicini axtarmağa. Bah, “Futbol+” qəzetinə verdiyi müsahibə lap yerinə düşdü. Zaur Axundov müsahibəsində “Keşlə”dən qovduğu Yuri Maksimovla münasibətlərindən danışıb. Əvvəlcə deyib ki, Maksimovdan hesabat tələb edirdim. Nizam-intizamın olması mənim üçün vacibdir, önəmlidir, həyati əhəmiyyətlidir, peşəkarlıqdır, nə bilim nədir. Əla ey, əla. Əsl peşəkar belə olar. İşgüzar imicin sanbalı necə lazımdır, elədir. Növbəti sualda isə deyir ki, Maksimova tapşırdım, Raufla Fuadı meydana buraxma. Daranq, part, zırt, pırt… Burda peşəkarlıq, işgüzar imic əvvəlcə dombalaq aşır, sonra salto vurur, daha sonra paralel qollarda yellənir. Peşəkar ey… Baş məşqçiyə göstəriş verir ki, filan oyunçunu meydana burax, filankəsi də buraxma. Buna deyirlər özün öz işgüzar imicini dağıtmaq.

Daha sonra isə deyir ki, Maksimov Elnur Cəfərovu bəyənməmişdi, amma biz onu komandaya götürdük. Bununla da “nizam-intizam”la bağlı imicin də içinə möhkəm hava buraxmış olub. Elnur Cəfərov oynadığı futbolla yox, intizamsızlığı ilə tanınıb. Belə futbolçunu komandasına ancaq və ancaq Koroğlu götürərdi. Koroğluya dəli-dolu adamlar lazım olub axı.

Zaur müəllim, Mətbuat Şurasına müraciət etmək sizin haqqınızdır. İstəsəz, bu yazıdan sonra lap məndən də şikayət edə bilərsiz. Amma məsləhətdir ki, şikayətin motivini dəyişəsiz.

Vallah, billah, müsahibəni o baş-bu başa var-gəl etdim, Zaur Axundovun işgüzar imicinə rast gələ bilmədim ki, bilmədim. O işgüzar imici Elçinlə Vüsalın da zədələdiyini güman etmirəm. Sizin nə vaxtsa işgüzar imiciniz olubsa (hərçənd buna da inanmıram), onu özünüz dağıdıbsız. Bərəkət haqqı!

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm