Dünya futbolu
“Modriçi almaq istəyən 750 milyon ödəməlidi”
DÇ-2018-də Xorvatiya yığmasının heyətində möhtəş?…
DÇ-2018-də Xorvatiya yığmasının heyətində möhtəşəm oyun sərgiləyən Luka Modriçlə bir neçə klub maraqlanır.
Futbolinfo.az xəbər verir ki, Modriçə görə “Real”ın fantastik təkliflər aldığı da bildirilir. “Kral klubu”nun prezidenti Florentino Peres məsələ ilə bağlı açıqlama verib. O, Modriçin satış qiymətini də bəyan edib:
“Modriç komandadan yalnız bir halda gedə bilər. Onu almaq istəyən klub 750 milyon avro ödəməlidir”.
Söz-söhbətə görə, Modriçin “İnter”ə keçmə ehtimalı yüksəkdir. “İnter”in futbolçusu Marselo Brozoviç sosial şəbəkədə yazmışdı ki, Modriçin keçidi həll olunub. Ancaq o, daha sonra yazdığını səhifədən silməli oldu.
Modriç DÇ-2018-in ən yaxşı futbolçusu seçilib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı