Ölkə futbolu
Sabliç “Qarabağ”dan danışdı: “Psixoloji cəhətdən də oyuna hazırıq”
"Qarabağ"la oyunöncəsi yaxşı əhval-ruhiyədəyik. …
"Qarabağ"la oyunöncəsi yaxşı əhval-ruhiyədəyik. Hamı başa düşür ki, bizi pley-off oyunu gözləyir" – bu sözləri Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif"in baş məşqçisi Qoran Sabliç deyib.
Xorvatiyalı mütəxəssis Moldova çempionatının 18-ci turunda "Dinamo-Avto"ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil edilən mətbuat konfransında "Qarabağ"la keçiriləcək cavab oyunu haqda da danışıb. O, komandasının matça tam hazır olduğunu bildirib: "İlk oyunda yaxşı nətcə qazandıq. Bu, növbəti mərhələ haqda düşünməyimizə imkan verir. Bilirik ki, səfərdə bizi ağır oyun gözləyir. Ancaq inanıram ki, komandam yaxşı fiziki formada olacaq. Psixoloji cəhətdən də oyuna hazırıq".
"Şerif"in aparıcı üzvlərindən olan Yuri Kendış cəzalı durumda olduğundan "Qarabağ"la oyunu buraxacaq. Sabliç bu çətinliyin öhdəsindən gələcəklərinə inandığını qeyd edib: "Bu gün meydanda olan futbolçulardan bir neçəsi onu əvəzləyə bilər. Bu, asan olmayacaq, ancaq tapşırıqlarımızı yerinə yetirəcək futbolçu tapacağıq. Meydana çıxan hər hansı bir futbolçu istəyini göstərməlidir. Məncə, hər şey normal olacaq".
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq