Ölkə futbolu
“Qarabağ”ın futbolçusu Haiti millisinə çağırıldı
“Qarabağ”ın futbolçusu Donald Gerrye Haiti millis…
“Qarabağ”ın futbolçusu Donald Gerrye Haiti millisinə dəvət olunub.
Futbolinfo.az xəbər verir ki, o, avqustun 31-dən sentyabrın 12-dək yığmanın düşərgəsində olacaq.
Gerrye KONKAFAF Milli Liqası çərçivəsində sentyabrın 10-da keçiriləcək Haiti – Sent Martin oyununa dəvət alıb.
Gerrye ilə yanaşı, Azərbaycanda top qovan futbolçulardan “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar da Haiti yığmasına dəvət olunub.
Ağdam klubunun futbolçusu 2010-cu ildən, Mustivar isə 2013-cü ildən Haiti millisində forma geyinir.