Dünya futbolu
Super Liqa klubundan 2 transfer – FOTO
Türkiyənin “Bursaspor” klubu heyətini yeni futbol&c…
Türkiyənin “Bursaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi rumıniyalı sol cinah müdafiəçisi Yasmin Latovleviç ilə argentinalı mərkəz müdafiəçisi Santyaqo Verginini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı Latovleviç Bursa klubuna azad agent kimi keçib. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.
30 yaşlı Vergini də yeni klubuna azad agent statusunda transfer olunub. Argentinalı futbolçu 2+1 illik müqaviləyə imza atıb.
Argentina yığmasında da oynamış Santyaqonun son klubu ölkəsinin “Boka Xuniors” komandası olub. O, 2016-cı ildən çıxış etdiyi bu klubdan bu yay ayrılıb.
Latovleviç isə son mövsümü “Qalatasaray”da keçirib. O, daha öncə Türkiyədə “Karabükspor” və “Gənclərbirliyi”ndə də oynayıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”