Ölkə futbolu
“Şerif” Bakıya gəldi – VİDEO
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində…
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan Moldovanın “Şerif” klubu cavab oyunu üçün Azərbaycana gəlib.
Futbolinfo.az xəbər verir ki, Tiraspol təmsilçisi bu gün səhər saatlarında Bakıya çatıb. Birbaşa çarter reysi tapa bilməyən Moldova klubu ölkəmizə “Türk Hava Yolları”nın Kişinyov-İstanbul-Bakı reysi ilə gəlib.
Rəqib komanda Bakıdakı "Bulvar" otelində məskunlaşıb. “Şerif”in üzvləri bu gün axşam saatlarında Tofiq Bəhramov adın Respublika Stadionundan son məşqə çıxacaq.
Qeyd edək ki, tərəflər arasında Moldovada baş tutan ilk oyunda “Şerif” minimal hesablı qələbəyə sevinib. Cavab matçı isə sabah Tofiq Bəhramov adına Respublik Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”