Premyer-liqa
“Qarabağ”a 2400 manat cərimə!
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fu…
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
2-ci turun “Zirə” – “Keşlə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
3-cü turun “Zirə” – “Sabah” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
3-cü turun “Qəbələ” – “Sumqayıt” matçının 77-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
3-cü turun “Qarabağ” – “Neftçi” matçının 66-cı dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Oyunun 70-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”