I Liqa
AFFA-dan “Keşlə”yə cəza və xəbərdarlıq
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fu…
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
1-ci turun “Şüvəlan” – “Sumqayıt-2” matçının 36-cı dəqiqəsində “Sumqayıt-2”-nin futbolçusu Səbuhi Abdullazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
1-ci turun “Qaradağ-Lökbatan” – “Neftçi-2” matçında “Neftçi-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
2-ci turun “Qarabağ-2” – “Turan Tovuz” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
2-ci turun “Neftçi-2” – “Sabah-2” matçının 66-cı dəqiqəsində “Sabah-2”-nin məşqçisi Alim Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə olunub.
2-ci turun “Keşlə-2” – “Sumqayıt-2” matçında “Sumqayıt-2”-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+5-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Keşlə”nin icraçı direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub, hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır sanksiya gözləyir. Oyunun hakimi və hakim-inspektoru haqqında müvafiq olaraq hakimlər komitəsi və hakim-inspektorlar komitəsi lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı