Ölkə futbolu
Kosovonun heyəti: Bakıya “legioner ordusu” gəlir
Kosovo millisinin UEFA Millətlər Liqasında Azərbaycan və Farer ad…
Kosovo millisinin UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə oyunlar üçün heyəti açıqlanıb. Kosovo Futbol Federasiyasının saytının xəbərinə görə, baş məşqçi Bernard Şallan 24 futbolçuya dəvət göndərib.
Komandanın ulduz futbolçusu – “Latsio”da çıxış edən yarımmüdafiəçi Valon Berişa zədə səbəbində milliyə çağrılmayıb.
Qapıçılar: Samir Uykani ("Rizəspor" Türkiyə), Faton Maloku ("Kukesi" Albaniya), Visar Bekay ("Priştina");
Müdafiəçilər: Armi Rrahmani ("Dinamo" Zaqreb, Xorvatiya), Fidan Aliti ("Skenderbeu" Albaniya), Mergim Voyvoda ("Muskron" Belçika), Ardian İsmajli ("Hayduk" Xorvatiya), Kastriot Dermaku ("Kosenza" İtaliya), Leart Paqarada ("Sandhauzen" Almaniya), Benjamin Kololli ("Sürix" İsveçrə), Jetmir Krasniqi ("Luqano" İsveçrə), Arbenit Xhemayli ("Ksamaks" İsveçrə);
Yarımmüdafiəçilər: Hekuran Kryeziu ("Sürix" İsveçrə), Herolind Şala ("Start" Norveç), İdriz Voka ("Lüzern" İsveçrə), Bernard Berişa ("Axmat" Rusiya), Arber Zeneli ("Heerenveen" Hollandiya), Milot Reşika ("Verder" Almaniya), Edon Zegrova ("Genk" Belçika), Bersant Kelina ("Suonsi" İngiltərə);
Hücumçular: Elbasan Raşani ("Odds" Norveç), Donis Avdiyay ("Villem II" Hollandiya), Vedat Muriqi ("Rizəspor" Türkiyə), Adhe Nuhiu ("Şeffield" İngiltərə).
Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.