Dünya futbolu
Roman Qriqorçuk Kiyev “Dinamo”sunu çalışdıra bilər
Ukraynanın "Dinamo" klubunda baş məşqçi dəyişik…
Ukraynanın "Dinamo" klubunda baş məşqçi dəyişikliyi ola bilər.
Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, son turlardakı uğursuz oyunlar və komandanın Çempionlar Liqasından kənarda qalması belaruslu çalışdırıcı Aleksandr Xatskeviçin istefaya göndərilməsi ilə nəticələnə bilər.
Yerli mətbuat isə artıq 44 yaşlı mütəxəssisi əvəzləyə biləcək məşqçilərin adlarını açıqlayıb. Potensial çalışdırıcılar arasında "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun da adı var. Hazırda "Astana"ya başçılıq edən mütəxəssislə yanaşı, Andrey Şevçenko, Yuri Vernidub, Oleq Dulub və Leonid Kuçuk da Kiyev klubunun sükanı arxasına əsas namizədlərdən hesab olunur.
Qeyd edək ki, hazırda şəxsi işləri ilə bağlı "Astana"dan müvəqqəti olaraq ayrılan Qriqorçukun "Dinamo"dan təklif gələcəyi halda, bunu qəbul edə biləcəyi bildirilir.