I Liqa
“Kəpəz” “Turan Tovuz”a qalib gəldi
Birinci Divizionda yaranmış fasilə müddətində “Kəpəz…
Birinci Divizionda yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, bu gün Gəncə klubu səfərdə “Turan Tovuz”la qarşılaşıb. Qərb derbisi “sarı-göylər”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqlardan qolları ikinci hissədə Məhərrəm Hüseynov, Eltac Mirzəyev və Elcan Rəhimov vurub.
Xatırladaq ki, çempionatın startı ərəfəsində bu komandalar yoldaşlıq matçı çərçivəsində iki dəfə üz-üzə gəlmiş və hər iki oyun 2:2 hesablı bərabərliklə nəticələnmişdi.