Ölkə kuboku
Abdullayev: Futbolçuları buna hazırlamışdım
Azərbaycan kubokunun 1/16 final mərhələsində “Ağsu” …
Azərbaycan kubokunun 1/16 final mərhələsində “Ağsu” komandası ilə qarşılaşan “Araz Naxçıvan” doğma meydanda keçirdiyi oyunda 1:0 hesabı ilə qalib gəldi. Futbolinfo.az xəbər verir ki, Elmin Çobanovun 107-ci dəqiqədə vurduğu qələbə qolu Naxçıvan təmsilçisini 1/8 final mərhələsinə çıxardı.
Növbəti mərhələdə isə komandanın rəqibi Zaqatalanın “Simurq” klubu olacaq.
Bu oyundan sonra naxçıvanlıların çalışdırıcısı Əsgər Abdullayev fikirlərini açıqlayıb:
“Oyunun çətin olacağını bilirdim, futbolçuları buna hazırlamışdım. Hər iki komanda oyunu ilə azarkeşlərə bayram əhval-ruhiyyəsi yaşatdı. İlk hissədə biz daha üstün oynadıq, qol epizodlar; da yaratdıq, lakin istifadə edə bilmədik. İkinci hissə isə qarşılıqlı hücumlar şəraitində keçdi. Qarşıda bizi “Simurq”la daha çətin oyun gözləyr. “Ağsu” komandası ilə hələ qarşılaşmalarımız var, rəqibimizə uğurlar arzu edirəm”.