Dünya futbolu
Paraqvay yığması kolumbiyalıya tapşırıldı
Paraqvay yığmasının yeni baş məşqçisi bəlli olub.
Ko…
Paraqvay yığmasının yeni baş məşqçisi bəlli olub.
Komanda.az xəbər verir ki, Paraqvay yığmasını bundan sonra Xuan Karlos Osorio çalışdıracaq. Onunla 2022-ci ilin yayına qədər müqavilə bağlanıb.
Kolumbiyalı mütəxəssis bundan əvvəl Meksika yığmasına başçılıq edib. 57 yaşlı Osorio bu ölkənin yığmasında 2015-ci ildən çalışırdı və Rusiyada keçirilən mundialdan sonra komandanı tərk etmişdi.
Meksika DÇ-2018-in 1/8 finalında Braziliyaya məğlub olmuşdu. Paraqvay isə son iki mundialın final mərhələsində iştirak edə bilməyib.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı