Dünya futbolu
Danimarka futbolunda şok olay: Millidə oynayan tapılmır
Danimarka Futbol Federasiyası ilə Futbolçular Birliyi arasın…
Danimarka Futbol Federasiyası ilə Futbolçular Birliyi arasında futbolçuların transfer haqları ilə bağlı qalmaqal yaranıb.
Futbolinfo.az xəbər verir ki, danimarkalı futbolçuların reklam, imic və sponsorluq məsələlərinin də daxil olduğu transfer haqları ilə bağlı danışıqların nəticəsiz qalması, milli komandanın sabah Slovakiya ilə yoldaşlıq oyununu, sentyabrın 9-da isə Uelslə Millətlər Liqasındakı görüşünü təhlükə altına salıb.
Yığmaya cəlb olunan futbolçular düşərgəni tərk etdiyi üçün federasiya aşağı yaş qruplarından futbolçu axtarışına başlayıb. Lakin həmin futbolçular da milli üzvlərinə dəstək verərək, göndərilən dəvətdən imtina edirlər.
Millinin baş məşqçisi Aqe Hareyde və köməkçisi Yan Dal Tomassonun da özlərinin seçmədikləri heyətin başında olmaq istəmədiklərinə görə komandadan ayrıldıqları bildirilir.
Federasiya rəsmiləri tərəfindən verilən açıqlamada milli komandanın Slovakiya və Uelslə oyuna çıxmamasının ölkə üçün ağır nəticələrə gətirib çıxaracağı bildirilib.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi