Ölkə futbolu
Səfər qolu qaydası ləğv edilə bilər
Avropanın aparıcı baş məşqçilərinin Nyonda forumu ke&cce…
Avropanın aparıcı baş məşqçilərinin Nyonda forumu keçirilib. Tədbirdə onlar qitəmiqyaslı klub yarışlarında səfər qolu qaydasına yenidən baxılması xahişi ilə UEFA-ya müraciət etməyə qərar veriblər.
Bu barədə qurumun yarışların təşkili üzrə direktoru Corco Marketti məlumat verib: "Onların fikrincə, indi səfərdə qol vurmaq heç də çətin deyil. Məşqçilər hesab edirlər ki, futbolda vəziyyət dəyişib və indi səfər qolunun əhəmiyyəti bu qaydanın tətbiq olunduğu uzun illər əvvəki kimi deyil".
Görüşə Massimiliano Alleqri ("Yuventus"), Karlo Ançelotti ("Napoli"), Rafael Benites ("Nyukasl"), Arsen Venger (klubsuz), Rudi Qarsiya ("Olimpik", Marsel), Şenol Günəş ("Beşiktaş"), Serjiu Konseysau ("Portu"), Xulen Lopeteqi ("Real" Madrid), Joze Mourinyo ("Mançester Yunayted"), Tomas Tuhel (PSJ), Paulu Fonseka ("Şaxtyor" Donetsk) və Unai Emeri ("Arsenal") qatılıb. Xosep Qvardiola ("Mançester Siti"), Dieqo Simeone ("Atletiko") və "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan tədbirə dəvət almayıb.