Milli komanda
Kosovo yığması Bakı səfərinə tam hazırdı – FOTOLAR
Sentyabrın 7-də UEFA Millətlər Liqası çərçivəsind…
Sentyabrın 7-də UEFA Millətlər Liqası çərçivəsində Bakıda Azərbaycan millisinin qonağı olacaq Kosovo yığması bu gün doğma meydanda həyata keçirdiyi təlim-məşq toplanışını başa vurub.
Futbolinfo.az xəbər verir ki, millimizin rəqibi bu gün son məşqə çıxıb. Kosovo seçməsinin həlledici hazırlıq prosesini bir sıra dövlət rəsmiləri də izləyiblər və komandaya dəstək olublar. Komandanın baş məşqçisi Bernard Şalland, həmçinin futbolçulardan Samir Uykani, Herolind Şala, Merqim Voyvoda və Bersant Çelina federasiyanın rəsmi saytına açıqlama verərək təlim-məşq toplanışını müsbət dəyərləndiriblər. Onlar millimizin güclü və aqressiv rəqib olduğunu, lakin Bakıda qələbə qazanacaqlarına inandıqlarını vurğulayıblar.
Kosovodakı hazırlığını yekunlaşdıran rəqibimizin tezliklə Bakıya səfərə çıxacağı vurğulanıb.
Qeyd edək ki, Azərbaycan – Kosovo matçı sentyabrın 7-də Bakı Olimpiya stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…