Dünya futbolu
“Qarabağ”ın rəqibi yoxlama oyunu keçirəcək
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki r…
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubu milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edərək yoxlama matçı keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Poltava təmsilçisi milli komandamızın futbolçusu Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” ilə üz-üzə gələcək. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, sınaq matçı sentyabrın 8-də Krutoy Beryoz şəhərindəki “Ltava” stadionunda baş tutacaq.
Paşayev yığmamızın düşərgəsində olduğundan həmin matçda iştirak etməyəcək.
Qeyd edək ki, "Qarabağ”la “Vorskla” arasında ilk qarşılaşma oktyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Poltava şəhərindəki Aleksey Butovski adına “Vorskla” stadionunda baş tutacaq.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı