Ölkə futbolu
“Keşlə” “Sabah”la yenə bacarmadı
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaran…
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sabah” və “Keşlə” klubları bu gün daha bir yoxlama görüşünə çıxıblar.
Futbolinfo.az xəbər verir ki, sözügedən komandalar Bakı Olimpiya Stadionunun 1-ci meydançasında üz-üzə gəliblər.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb – 0:0.
Xatırladaq ki, “Keşlə" fasilə müddətində daha öncə "Bayıl Arena"da "Səbail"i 2:1 hesabıyla məğlub etmişdisə, "Sabah" "Əlincə Arena"da "Sumqayıt"a bu hesabla uduzmuşdu.
“Keşlə” ilə “Sabah” bu mövsüm Premyer Liqada da üz-üzə gəlib. Adıçəkilən komandaların ilk turda "ASK Arena"da görüşü Elşad Əhmədovun yetirmələrinin 1:0 hesablı qələbəsiylə nəticələnmişdi. Bu, "Sabah"ın Premyer Liqamızda debütündə ilk qələbə kimi tarixə düşüb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı