Dünya futbolu
Asiya nəhənglərinin DÇ-2030 planı
2030-cu ildə keçiriləcək futbol üzrə dünya &ccedi…
2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatı Asiyada təşkil oluna bilər.
Futbolinfo.az xəbər verir ki, Cənubi Koreyanın bununla bağlı xüsusi planı var. Cənublular 2030-cu ildə mundialın ölkədə – Cənubi Koreya, Çin, Yaponiya və Şimali Koreyada keçirilməsini təklif edirlər.
Cənubi Koreya Futbol Federasiyası bununla bağlı həmin ölkələrə müraciət etmək niyyətindədir. Bu ölkənin idman naziri To Çon Xvan bildirib ki, bu ideyanı gerçəkləşdirməklə dünyada sülhün bərqərar olmasına töhfə vermək istəyirlər.
Bundan əlavə, Şimali və Cənubi Koreya rəhbərliyi 2032-ci ildə keçiriləcək olimpiya oyunlarına da birgə ev sahibliyi etmək niyyətindədirlər.
Onu da qeyd edək ki, 2002-ci ildə mundial Cənubi Koreya və Yaponiyada keçirilib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…