Ölkə futbolu
Stuxlikin gözü önündə… 2 İnqilabi qərar
Başa çatan “Qarabağ” – “Sumqayıt&rdq…
Başa çatan “Qarabağ” – “Sumqayıt” oyununun son dəqiqələri xeyli gərgin keçdi. Qonaqların 10 nəfərlə qalmasına baxmayaraq, sərgilədiyi futbol alqışalayiq idi.
Bu təzyiq qarşısında ağdamlıların xal itirməsi də mümkün idi. Lakin sumqayıtlı futbolçuların qeyri-dəqiqliyi, eyni zamanda hakimlərin səhvi buna əngəl oldu. Xüsusilə son dəqiqələrdə baş hakim İnqilab Məmmədov 2 epizodda müəmmalı qərar verdi.
Cərimə meydançası kənarında Rəşad Sadıqovun qoluna dəyən top ciddi etiraza səbəb oldu. Kapitanın qolu bədənə tam bitişik olmadığından bunu dirsəklə blok kimi də qiymətləndirmək olardı. İstənilən halda epizod penalti deyildi. Amma hakim cərimə zərbəsi təyin etsəydi, qınanılmazdı.
Son saniyələrdəki epizodda isə Məmmədov penalti nöqtəsini göstərə bilərdi. Yıxılan zaman top əlinə dəyən Rəşad “mərmi”nin qapı xəttindən çıxmasının səbəbkarı oldu. “Sumqayıt”ın oyunçularının bu epizodda penalti istəyi elə istək olaraq qaldı. Çünki hakim bunu qəsdən edilmiş hərəkət yox, müvazinətini itirmiş və topa başla müdaxilə etmək istəyən müdafiəçinin texniki qüsuru kimi qiymətləndirdi.
Haqlı idimi? Qoy bu suala AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri, matçı canlı izləyən Frits Stuxlik cavab versin.
Mat bitincə sumqayıtlı azarkeşlər hakimi və Sadıqovu təhqir etdi. Rəşad isə truibunaya yaxınlaşıb onlara iradını bildirdi və yenə etirazla qarşılandı. Vəziyyəti özünü həmin yerə çatdıran qonaq futbolçular nizamlaya bildi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…