Dünya futbolu
“Beşiktaş” ispaniyalı forvardını ərəblərə satdı
Türkiyənin “Beşiktaş” klubu hücumçusu …
Türkiyənin “Beşiktaş” klubu hücumçusu Alvaro Neqredo ilə yollarını ayırır.
Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi ispaniyalı futbolçusunu Birləşmiş Ərəb Əmirliklərinin “Əl Nəsr” klubuna satıb.
Neqredo bu gün “Beşiktaş” formasıyla son matçına çıxacak. O, “qara qartallar”ın “Yeni Malatyaspor”la oyunundan dərhal sonra komanda yoldaşları ilə vidalaşıb, Türkiyədən ayrılacaq.
Xatırladaq ki, “Beşiktaş” Neqredonu ötən mövsümün əvvəlində İspaniyanın “Valensiya” klubundan 2,5 milyon avroya transfer etmişdi. İspaniyalı forvard ötən mövsüm bu komandada 43 oyuna 15, bu mövsüm isə 5 qarşılaşmaya 3 qol vurub.