Premyer-liqa
“Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulmayıb”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz…
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
– Maraqlı oyun alındı. Hər iki komanda mübarizə apardı. Bu cür oyunların sayı artdıqca, çempionatımızın səviyyəsi də artır. Komandamdan razı qaldım. Müdafiədə az səhvə yol verdik. Futbolçularımı təbrik edirik.
– Fərqli iki hissə izlədik: ilk yarıda rəqib, fasilədən sonra sizin komanda daha uğurlu çıxış etdi…
– Altı futbolçumuz milli komandaya dəvət almışdı. Bu da təsirsiz ötüşə bilməzdi.
– Qələbəyə həsrət komandayla oyunda 3 xal qazanmamaq avrokubok iddiasında olan kollektiv üçün nə dərəcədə uğurlu nəticə hesab edilə bilər?
– Bizim qarşımıza avrokuboka düşmək vəzifəsi qoyulmayıb. Yeni komandayıq. Futbolçuların üzərinə belə bir təzyiq qoymaq istəmirik. Əlbəttə, biz də avrokubok zonasına düşməyi istəyərdik. Lakin “Zirə” də yaxşı komandadı və qitəmiqyaslı yarışlara çıxmaq istəyir. (Sport24)