Ölkə futbolu
AFFA Region Liqasının qalibinin pulunu vermir
AFFA Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək Sumqayıt…
AFFA Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək Sumqayıtın "Uğur" komandasını çətin vəziyyətdə qoyub. Qurum Region Liqasının qalibi olan komandanın mükafatını vermir.
Yarışın əsasnamasinə uyğun olaraq, qalibə 10, gümüş mükafatçıya 5, üçüncü yerin sahibinə isə 3 min manat pul mükafatı verilməlidi. Ancaq təəssüf ki, həmin pullar ünvanına çatdırılmayb (futbol11.az).
Region Liqasının qalibi "Uğur" olubsa, ikinci yeri "Energetik", üçüncü yeri "Füzuli" komandası tutub. Komandalardan heç biri mükafatlarını ala bilməyiblər. Bu diqqətsizlikdən sonra AFFA-nın yeni mövsüm haqda düşünməsi maraqlıdı.