Ölkə futbolu
“İsmət Qayıbov”da təmir başladı: daha 3 meydança salınacaq
“Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq b…
“Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında tikinti işləri başlayıb. Daha doğrusu, yarımçıq qalmış təmir bərpa edilib və bütün işlərin vaxtında yekunlaşması üçün səy göstəriləcək.
Sponsorlar maliyyə problemini yoluna qoyduqdan sonra artıq 1 həftədi yeni meydançaların salınması üçün hazırlıq işləri görülür. Təlim-məşq mərkəzində mövcud olan 3 meydana daha 3-ü əlavə olunacaq, bundan başqa, qapalı meydançanın da yeri dəyişdiriləcək.
Sentyabrın 20-dən etibarən inzibati tikililərdə də işlər başlayacaq, otel, ofis və s. tikintisi start götürəcək. Bazanın darvaza hissəsində artıq yeniləmələr aparılıb, ərazi böyüdülüb.
Təlim-məşq mərkəzinin mayda tam hazır olması planlaşdırılır. Bundan sonra klub akademiyası buraya köçürüləcək və “Neftçi” nəhayət, bir məkanda qərarlaşacaq.