Dünya futbolu
Almeydalı “Astana” üçün türk hakim
Futbol üzrə Azərbaycan millisinin üzvü Riçard …
Futbol üzrə Azərbaycan millisinin üzvü Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Kiyev “Dinamo”suna (Ukrayna) qarşı səfərdə keçirəcəyi oyunun hakimləri məlum olub.
Futbolinfo.az xəbər verir ki, UEFA bu matçı Türkiyədən olan hakimlər briqadasına həvalə edib.
Oyunun baş hakimi Halis Özkahya təyin olunub. Ona yan xətt hakimləri Ceyhun Səsigözəl və Hakan Yemişken kömək edəcək. Ehtiyat hakim funksiyasını Ali Palabıyık yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Alper Ulusoy və Kərəm Ərsoy olacaq.
Sentyabrın 20-də Kiyevdəki Olimpiya stadionunda keçiriləcək “Dinamo” – “Astana” görüşü saat 20:55-də start götürəcək.